AZ

ABŞ bu diviziyanı Polşaya yerləşdirir

ABŞ 1-ci Süvari Diviziyasının qoşunlarını Texasdan Polşaya yerləşdirir.

Musavat.com xəbər verir ki, məlumatı Polşa Milli Təhlükəsizlik Bürosunun (BBN) direktoru Bartoş Qrodetski açıqlayıb: "Polşadakı Amerika qoşunlarının say baxımından hazırkı dəyişiklik ABŞ qüvvələrinin Avropanın bizim hissəsində davam edən rotasiyası ilə əlaqədardır. Rotasiya ABŞ-ın 1-ci Süvari Diviziyası tərəfindən Texas ştatının Fort Hud şəhərindən həyata keçirilir. Bu günə qədər planlaşdırılan qoşun sayının 20 faizindən çoxu, eləcə də hərbi texnikanın təxminən 70 faizi Fort Huddan Polşaya köçürülüb ki, bu da qüvvələrin hazırlığında əsas amildir".

BBN-nin məlumatına görə, həmçinin ABŞ 2-ci Süvari Alayını Almaniyanın Vilsek şəhərindən çıxarmaq niyyətindədir: "Almaniyadan çıxarıldıqdan sonra bu bölmə ABŞ briqadasının zirehli qrupunu əvəz etmək üçün göndərilə bilər".

Musavat.com

Seçilən
3
12
musavat.com

10Mənbələr