Xabi Alonso “Çelsi”nin baş məşqçisi təyin olunub.
Sportinfo.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Alonso iyulun 1-də işə başlayacaq. Onun yeni klubu ilə müqaviləsinin müddəti dörd illikdir.
44 yaşlı Alonso 2025-ci ilin mayından “Real”a rəhbərlik etsə də, klub onu bu ilin yanvarında istefaya göndərmişdi.