AZ

WUF13-də qadınların şəhər təhlükəsizliyi ilə bağlı çağırışları səsləndirilib

WUF13-də
WUF13 çərçivəsində Bakıda keçirilən Qadınlar Assambleyasında GenderCC – “İqlim Ədaləti üçün Qadınlar” təşkilatının prezidenti Dora Marema şəhər mühiti, təhlükəsizlik və qadınların urban risklərdə həssaslığı mövzusunda çıxış edib. WUF13 çərçivəsində, Bakıda keçirilən Qadınlar Assambleyası çərçivəsində “GenderCC – İqlim Ədaləti üçün Qadınlar” (GenderCC – Women for Climate Justice) təşkilatının prezidenti Dora Marema 1news.az-ın müxbirinin suallarını cavablandırıb.
O, qadınlara qarşı zorakılığın səviyyəsinə təhlükəsiz mənzilin olmamasının təsiri ilə bağlı suala cavabında şəhər mühiti ilə təhlükəsizlik arasında birbaşa əlaqənin olduğunu vurğulayıb: “Bəli. Qeyri-rəsmi sektorun geniş olduğu, çoxlu sayda qeyri-qanuni yaşayış məntəqələrinin mövcud olduğu yerlərdə təhlükəsizlik problemləri yaranır. Çünki belə məkanlarda çox vaxt mühafizə olmur. Hərəkət imkanlarının zəifliyi səbəbindən görünürlük yoxdur, normal yollar və çıxışlar, eləcə də düzgün işıqlandırma mövcud deyil”, — deyə o bildirib. O əlavə edib ki, infrastruktur çatışmazlıqları qadınların həssaslığını daha da artırır: “Bundan başqa, sanitar qovşaqların çatışmazlığı səbəbindən qadınlar gecə vaxtı ictimai tualetlərə getmək üçün çölə çıxmalı olurlar. Nəticədə isə onlar hücuma məruz qalma riski ilə üz-üzə qalaraq daha həssas vəziyyətə düşürlər.” Yaşayış böhranı şəraitində ən həssas qruplarla bağlı suala cavab verən Marema əlilliyi olan qadınları və yaşlı qadınları xüsusilə qeyd edib: “Xüsusi ehtiyacı olan qadınlar, şübhəsiz ki, ən həssas qrupdadır, lakin eyni zamanda yaşlı qadınlar da belədir”, — deyə o bildirib. O, bunu təbii fəlakət riskləri kontekstində izah edərək əlavə edib:

“Yaşlı qadınlar çox vaxt sürətlə hərəkət edə bilmirlər. Onların mobilik səviyyəsi aşağıdır və qasırğa, daşqın və ya buna bənzər hadisələr zamanı qaçmaqda çətinlik çəkirlər.”

Seçilən
68
1news.az

1Mənbələr