AZ

Atasının qadağasına görə dünya çempionatında iştirak etməyəcək

“Karlsrue”nin 19 yaşlı hücumçusu Lue Ben Farhat atasının qadağası səbəbindən 2026-cı il dünya çempionatında iştirak etməyəcək.

Publika.az xəbər verir ki, bu barədə “Foot Africa” məlumat yayıb.

Dünən Tunis millisinin baş məşqçisi Sabri Lyamuşi 2026-cı il dünya çempionatı üçün heyəti açıqlayıb. Ben Fərhatın adı siyahıya daxil edilməyib.

Lyamuşi 19 yaşlı hücumçunu turnirə çağırmağı planlaşdırsa da, Ben Fərhat oynamaqdan imtina edib.

Məsələ burasındadır ki, oyunçunun atası hücumçunun turnirə hazır olmadığına və 2026-cı il Dünya Kubokunda iştirakının onun transfer bazarındakı cəlbediciliyini azaldacağına qərar verib.

Seçilən
56
publika.az

1Mənbələr