Bakı, 17 may, AZƏRTAC
Azərbaycan dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirərək davamlı inkişaf sahəsində layilələrin müzakirəsini təşkil etmək baxımından çox mühüm iş görüb.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) maraqlı tərəflərin cəlb edilməsi üzrə məsləhətçi və baş ekspert Aditya Kumarı deyib.
O qeyd edib ki, Azərbaycanın qlobal mənzil çağırışları və davamlı inkişafla bağlı Ümumdünya Şəhərsalma Forumu kimi yüksək səviyyəli tədbirə ev sahibliyi etməsi və burada müxtəlif maraqlı tərəflərin iştirakı ilə aparılan müzakirələr digər ölkələrin də bu çağırışlarla mübarizəsinə töhfə verir.
Müxbirlər - Tərgül Babayeva, Aytac Haqverdiyeva
Fotoqraf - Aydın Məmmədov
Operator - Mir Rəsul Cəfərov