AZ

Güclü yağış yağır

Bakıda və ölkənin əksər bölgələrində hava şəraiti kəskin dəyişib. 

Hazırda paytaxtda və bir sıra rayonlarda güclü küləklə müşayiət olunan yağışlı hava hökm sürür.
Küləkli və yağıntılı hava xüsusilə Bakı və Abşeron yarımadasında daha çox hiss olunur. Bəzi ərazilərdə intensiv yağış səbəbindən küçə və prospektlərdə su yığılması müşahidə edilir, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Bir gün əvvəl Milli Hidrometeorologiya Xidməti tərəfindən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilmişdi.
Proqnozlara əsasən, sabahdan etibarən havanın tədricən stabilləşəcəyi, yağışın səngiyəcəyi gözlənilir.

Seçilən
2
1
yenilik.az

2Mənbələr