AZ

Ömər Bulut: Azərbaycan davamlı və əlçatan mənzil təminatına nail olub

Azərbaycan davamlı və əlçatan mənzil təminatına nail olub.

Bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a açıqlamasında Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut deyib.

Nazir müavini qeyd edib ki, Türkiyənin Azərbaycanla çox yaxın əlaqələri var və hər məqamda bir-birinin yanındadır.

Ö.Bulut eyni zamanda xatırladıb ki, Azərbaycan hökuməti Kahramanmaraşda Azərbaycan məhəlləsi inşa edib:

"Qarabağda quruculuq və bərpa işlərində Türkiyə şirkətləri də fəaliyyət göstərir. MİDA və Türkiyənin sosial mənzil qurumu işbirliyini, həm yeni layihələr, həm də fikir mübadiləsini davam etdirir. Azərbaycan davamlı və əlçatan mənzil təminatına nail olub".

O əlavə edib ki, mayın 18-də Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Bakıya gələcək və həmkarı ilə görüşəcək, bəzi müqavilələrin imzalanması gözlənilir".

Seçilən
21
far.az

1Mənbələr