AZ

Mariyana Kuyundziç: Aİ mənzil böhranının aradan qaldırılması istiqamətində fəaliyyəti gücləndirir

Avropa İttifaqı mənzil böhranının aradan qaldırılması üzrə fəaliyyəti gücləndirir, əlçatan mənzil sahəsində beynəlxalq əməkdaşlığın və sistem islahatlarının zəruriliyini vurğulayır.

"Report" xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.

O, əlçatan və keyfiyyətli mənzilin cəmiyyətin davamlı inkişafının əsas şərti olduğunu qeyd edib: "Əgər insanların başı üstündə dam yoxdursa və ya o, təhlükəsiz deyilsə, bu, cəmiyyət üçün ciddi çağırışdır".

Kuyundziçin sözlərinə görə, mənzil əmtəə kimi deyil, insanın fundamental hüququ kimi nəzərdən keçirilməlidir. Səfir əlavə edib ki, mənzil böhranının universal həlli mövcud deyil, çünki hər bir ölkə fərqli şərait və çağırışlarla üzləşir ki, bu da yerli yanaşmalar tələb edir.

Seçilən
30
far.az

1Mənbələr