AZ

"Titullar uğrunda mübarizə aparmağa qadir komanda qurmaq istəyirik" -Xabi Alonso

"Çelsi"yə baş məşqçi təyin olunan Xabi Alonso fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 4 illik müqaviləyə imza atan, iyulun 1-dən işə başlayacaq 44 yaşlı çalışdırıcı "zadəganlar"ın mətbuat xidmətinə danışıb:

"Çelsi" dünyanın ən böyük klublarından biridir. Bu möhtəşəm komandanın baş məşqçisi vəzifəsini öz üzərimə götürdüyüm üçün qürur duyuram. Rəhbərliklə danışıqlar zamanı hədəflərimizin eyni olduğu müəyyənləşdi. Ən yüksək səviyyədə çıxış etməyə və titullar uğrunda mübarizə aparmağa qadir komanda qurmaq istəyirik. Heyətdə istedadlı oyunçular çoxdur və komandanın çox  böyük potensialı var. "Çelsi"yə rəhbərlik etmək mənim üçün böyük şərəf olacaq".

Toğrul

Seçilən
2
fanat.az

1Mənbələr