AZ

Verstappenin “Ferrari” keçidinə sərt reaksiya

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Formula-1” üzrə dördqat dünya çempionu, “Red Bull” pilotu Maks Ferstappenin gələcəyi ilə bağlı müzakirələr davam edir.

İdman.Biz xəbər verir ki, sabiq “Formula-1” pilotu Ralf Şumaxer Ferstappenin “Ferrari”yə keçid ehtimalına şübhə ilə yanaşıb. O, niderlandlı sürücünün İtaliya komandasında mövcud sistemə uyğunlaşmaqda çətinlik çəkəcəyini bildirib.

Şumaxerin sözlərinə görə, Ferstappen üçün “Mersedes” daha məntiqli variant ola bilər. Almaniyalı ekspert “Backstage Boxengasse” podkastında bildirib ki, bir çox pilot “Ferrari”də çıxış etməyi arzulasa da, Ferstappen “Mersedes” mühiti, GT3 strukturu və bu sistemdə çalışan komandalarla özünü daha rahat hiss edə bilər.

“Amma Maks müəyyən mənada bu struktura tabe olmalı olacaq. O isə belə biri deyil. O, komanda lideri olmağa öyrəşib. Əgər hazırda yaxşı işləməyən bu komandaya tək gəlsə, pilot kimi bunun öhdəsindən gələ bilməyəcək”, - deyə Şumaxer vurğulayıb.

Şumaxer həmçinin qeyd edib ki, Ferstappen “Red Bull”dakı uğurlu illərində yanında olan əsas şəxsləri özü ilə başqa komandaya apara bilməyəcək. Bu da onun “Ferrari” kimi güclü daxili struktura malik komandada adaptasiyasını daha çətin edə bilər.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
icma.az

1Mənbələr