“Mançester Siti”nin vingeri Antuan Semenyo İngiltərə kubokunun finalında tarixə düşüb.
QOL.az xəbər verir ki, qanalı futbolçu “Çelsi”yə qarşı keçirilən həlledici görüşdə (1:0) yeganə qolu vuraraq komandasına titul qazandırıb.
"Opta"nın məlumatına görə, bununla da Semenyo İngiltərə kubokunun finalında fərqlənən ilk qanalı futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, 25 yaşlı hücumçu daha əvvəl 2025/2026 mövsümünün ən yaxşı futbolçusu mükafatına namizədlər siyahısına da daxil edilmişdi.