“Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələr Almaniyanın təhlükəsizliyi üçün risk yaradır”.
Turkustan.az xəbər verir ki, bunu Almaniya Bundestaqının deputatı və Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel deyib.
Vaydel çıxışı zamanı Rusiyanı “böyük ayı”ya bənzədərək bildirib ki, Moskvanı davamlı şəkildə təhrik etmək ciddi nəticələrə səbəb ola bilər:
“Böyük ayının gözünə daim qızdırılmış dəmirlə toxunmaq olmaz. Məsələn, pilotsuz uçuş aparatları ilə Rusiyanın dərinliklərinə zərbələr endirib heç nə baş verməyəcəyini gözləmək düzgün deyil. Ayı gec-tez hücuma keçəcək.
Ukrayna ilə bağlı hazırkı siyasət Almaniyanın təhlükəsizliyini daha böyük risk altına salır. AfD partiyası hakimiyyətə gəlsə, ölkədə təhlükəsizlik məsələlərinə daha balanslı və praqmatik yanaşma tətbiq ediləcək”./Globalinfo.az