AZ

Hindistanlı nazir: Şəhər əhalimizin sayı yaxın illərdə 1 milyarda çatacaq

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hindistanda şəhər əhalisinin sayı yaxın illərdə 1 milyarda çatacaq.

"Report" xəbər verir ki, bunu Hindistanın hökumət katibi Kuldeep Narayan Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında bildirib.

"Hazırda təxminən 500 milyon şəhər əhalisinə malik Hindistanda növbəti 25 ildə urban sistemin əhatə dairəsi daha da genişlənəcək. Yaxın gələcəkdə ölkənin şəhər əhalisinin sayının 1 milyarda yaxınlaşacağı gözlənilir. Bu transformasiya həm böyük çağırışlar, həm də inklüziv və dayanıqlı inkişaf üçün tarixi imkanlar yaradır. Hindistan urbanizasiya siyasətini sosial inklüzivlik, iqtisadi imkanlar və iqlim dayanıqlığı prinsipləri üzərində qurur", - deyə hökumət katibi qeyd edib.

Onun sözlərinə görə, Hindistanın əsas mənzil təşəbbüsü olan "Pradhan Mantri Awas Yojana" proqramı çərçivəsində 12 milyondan çox mənzilin tikintisi təsdiqlənib: "Həmin mənzillərin 90 %-i qadınların adına rəsmiləşdirilib. Proqram "Hamı üçün mənzil" prinsipinə əsaslanır və Dayanıqlı İnkişaf Məqsədlərinin gender bərabərliyi və dayanıqlı şəhərlər üzrə hədəflərinə töhfə verir".

O qeyd edib ki, Hindistan hökuməti urban inkişaf sahəsində iri investisiya proqramı həyata keçirməyi planlaşdırır.

"Proqram çərçivəsində təxminən 10 milyard ABŞ dolları həcmində dövlət dəstəyi ayrılması nəzərdə tutulur. Bu vəsait hesabına dövlət-özəl tərəfdaşlığı mexanizmləri vasitəsilə 40 milyard dollara yaxın investisiya cəlb olunması planlaşdırılır. Proqram urban infrastrukturun modernləşdirilməsi və dayanıqlı şəhər planlaşdırılmasını sürətləndirməyə hesablanıb".

Bundan başqa, Hindistan rəsmisinin sözlərinə görə, ölkəsində tullantıların emal səviyyəsi 80 %-ə çatdırılıb.

"Ölkədə su təhlükəsizliyi, dairəvi iqtisadiyyat və dayanıqlı həyat tərzinin təşviqi istiqamətində tədbirlər davam etdirilir. Su təminatı və resursların səmərəli idarə olunmasına xüsusi diqqət ayrılıb. İqlimə davamlı şəhər planlaşdırılması və təbiət əsaslı həllər ölkənin urban siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır", - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
sherg.az

1Mənbələr