AZ

Özbəkistan Prezidenti Azərbaycana gəlir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə mayın 17-18-də Bakıya işgüzar səfər edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

 

Ş.Mirziyoyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Liderlər Sammitində çıxış edəcək.

 

Forum şəhərlərin dayanıqlı inkişafı, əlçatan mənzillə təminat, şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi, iqlim sabitliyi və mənzil maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə həsr olunub.

 

Səfər çərçivəsində xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlərin və danışıqların keçirilməsi də nəzərdə tutulur.

Seçilən
6
16
senzor.az

10Mənbələr