AZ

Mənzil problemindən çıxış yolu icmaların cəlb edilməsidir -

"Mənzil problemləri azalmaq əvəzinə artır və buna görə də qurumlar artıq icmalardan və mütəxəssislərdən bu problemlərin daha effektiv şəkildə necə həll edilə biləcəyini soruşurlar".Bu fikirləri Mətbuat.az-a açıqlamasında BƏƏ-nin şəhərsalma üzrə eksperti, vizual kommunikasiya üzrə eksperti Qada Əbdülətif deyib. O bildirib ki, son 20 il ərzində əksər səylər dialoq və kommunikasiya üzərində qurulsa da, maliyyə çatışmazlığı, zəif kommunikasiya, idarəetmə problemləri və müxtəlif ölkələrdə parçalanmış siyasətlər kimi çətinliklər səbəbindən real icra çox məhdud qalıb:"Mənzil və şəhərsalma məsələləri müharibələr, təbii fəlakətlər və digər qlobal böhranlardan da təsirlənən mürəkkəb problemlərdir. Bu gün prioritet artıq layihələr yaratmaq deyil, bu layihələrin necə effektiv şəkildə həyata keçirilməsi və tamamlanması məsələsinə fokuslanmaq lazımdır".Qada Əbdülətif qeyd edib ki, urbanizasiya istiqamətində maliyyələşmə ən böyük maneələrdən biri olaraq qalır:"Bir çox hallarda layihələr məhdud maliyyə resursları ilə başlayır, lakin tam şəkildə başa çatdırıla bilmir. Məhz buna görə də icra prosesi əsas məsələyə çevrilib. İndi diqqətimizi müasir texnologiyaların icra prosesini necə sürətləndirə və təkmilləşdirə biləcəyinə yönəltməliyik. Ənənəvi üsullarla illərlə davam edən layihələr qabaqcıl texnologiyalar və innovativ həllər sayəsində daha qısa müddətdə həyata keçirilə bilər”.O bildirib ki, insanların ehtiyacı yalnız hökumətlərin onların real tələbatlarını nəzərə almadan qərarlar təqdim etməsi deyil, həm də uğurlu şəhərsalma və mənzil siyasəti üçün icmaların dinlənilməsi və qərarvermə prosesinə cəlb olunmasıdır:"Hesab edirəm ki, hökumət və cəmiyyət arasında bu inteqrasiya təşəbbüsün ən güclü və müsbət tərəflərindən biridir".

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
26
metbuat.az

1Mənbələr