Ajans.az xəbər verir ki, ispaniyalı mütəxəssis vəzifəsinə iyulun 1-dən başlayacaq. O, klubla dörd illik müqavilə imzalayıb. "Çelsi dünya futbolunun ən böyük klublarından biridir və bu möhtəşəm klubun baş məşqçisi vəzifəsini öz üzərimə götürdüyüm üçün inanılmaz dərəcədə qürur duyuram. Rəhbərliklə söhbətlərimdən aydın olur ki, eyni ambisiyaları bölüşürük. Ən yüksək səviyyədə çıxış edə bilən və kuboklar uğrunda mübarizə apara bilən bir komanda qurmaq istəyirik. Heyətdə istedadlı oyunçular çoxdur və klubun böyük potensialı var. "Çelsi"yə rəhbərlik etmək mənim üçün böyük şərəf olacaq", - deyə, X.Alonso klubun mətbuat xidmətinə açıqlamasında bildirib. Xatırladaq ki, yanvar ayında 44 yaşlı mütəxəssis "Real Madrid"in baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.