AZ

“Azərbaycan davamlı inkişaf layihələrinin müzakirəsi üçün mühüm platforma yaradıb” - VİDEO

Azərbaycan dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirərək davamlı inkişaf sahəsində layihələrin müzakirəsini təşkil etmək baxımından mühüm iş görüb.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) maraqlı tərəflərin cəlb edilməsi üzrə məsləhətçi və baş ekspert Aditya Kumar deyib.

O bildirib ki, belə beynəlxalq platformalar ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və dayanıqlı inkişaf istiqamətində ortaq yanaşmaların formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.


Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr