ain.az, Baku.ws portalına istinadən məlumat verir.
"Həm Azərbaycan həm də digər ölkələr üçün yeni ideyalar yarana bilər".
BAKU.WS xəbər verir ki, bu sözləri WUF13-də iştirak edən uqandalı fiziki planlaşdırma mütəxəssisi olan və "Shelter and Settlement Alternatives" təşkilatı ilə işləyən Brian Odella deyib.
O həmçinin vurğulayıb ki, Azərbaycan üçün bu tədbirə ev sahibliyi etməyin üstünlüyü ondan ibarətdir ki, çoxlu ölkələr müxtəlif təcrübə və biliklərlə gəlir:
"Bu təcrübə və biliklər bölüşülə və tətbiq oluna bilər. Yeni ideyalar həm Azərbaycan, həm də digər ölkələr üçün yarana bilər və bu, şəhərsalma və adekvat mənzil hüququnun yaxşılaşdırılmasına kömək edə bilər"- deyə o əlavə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.