AZ

"Qadınların təhlükəsiz mənzil təminatı siyasəti gücləndirilməlidir" -

Şəhərlər və icmalar ailə yönümlü, rahat, gündəlik həyatı asanlaşdıran və yüksək urban həyat keyfiyyəti təmin edən məkanlara çevrilməlidir. Bunlar daha dayanıqlı, davamlı və insan yönümlü şəhərlərin qurulması üçün əsas amillərdir".Mətbuat.az xəbər verir ki, bu fikirləri Bəhreynin Mənzil və Şəhərsalma naziri Amma Bint Ahmed Al Rumaihi WUF13 -de panel müzakirələrdə çıxışı zamanı deyib: "Qadınların təhlükəsiz və uyğun mənzilə çıxışını təmin edən inklüziv siyasətlərin gücləndirilməsi vacibdir. Eyni zamanda, qadınların gündəlik ehtiyaclarını nəzərə alan yaşayış icmaları formalaşdırılmalıdır. Buraya təhlükəsiz yaşayış mühiti, inteqrasiya olunmuş xidmətlər və urban həyatı dəstəkləyən şəhər məkanları daxildirHesab edirəm ki, mənzil və şəhərsalma sektorunda qadınların rəhbər və qərarverici mövqelərdə daha geniş təmsilçiliyinin dəstəklənməsi mühüm əhəmiyyət daşıyır".Gülbəniz Hüseynli /Mətbuat.az


Seçilən
45
metbuat.az

1Mənbələr