Latviya Silahlı Qüvvələri ölkənin hava məkanına naməlum pilotsuz uçuş aparatının (PUA) yenidən daxil olduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, məlumata görə, pilotsuz uçuş aparatı keçən gecə respublikanın hava məkanını pozub, bir müddət sonra isə ölkə ərazisini tərk edib.
Hadisə ilə əlaqədar Latviyanın şərq sərhədinə yaxın yerləşən beş regionun sakinləri üçün təhlükə siqnalı elan olunub.
Eyni zamanda, Baltik hava məkanının patrul missiyası çərçivəsində NATO qırıcıları havaya qaldırılıb.
PUA-nın hansı istiqamətdən gəldiyi və mənşə ölkəsinin hansı olduğu hələlik açıqlanmayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az