AZ

Rüfət Atakişiyev: "Yaşıl standartlar" yalnız böyük şirkətlərin büdcəsinin çatacağı maneəyə çevrilməməlidir"

"Yaşıl standartlar" yalnız böyük şirkətlərin büdcəsinin çatacağı maneəyə çevrilməməlidir.

"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Biznes Assambleyasında bildirib.

Onun sözlərinə görə, KOBİA Azərbaycanda ESG (Ekoloji, Sosial və Korporativ İdarəetmə) ilə bağlı məlumatlılığın artırılması və "yaşıl biznes" mühitini dəstəkləmək üçün fəal işlər aparır: "Kiçik və orta biznesin dəyişən bazar gözləntilərini daha yaxşı anlaması və onlara uyğunlaşması üçün ESG standartları, davamlılıq barədə məlumatlılıq və praktiki dəstək mexanizmləri ilə bağlı təşəbbüsləri dəstəkləmişik. Buraya ESG və davamlı biznes təcrübələrinə aid məlumatları, xidmətləri, ekspertləri və praktiki resursları bir araya gətirən "ESG Hub" da daxildir. Hesab edirik ki, bu növ platformalar çox vacibdir, çünki bir çox kiçik və orta biznes uyğunlaşmaq istəyir, lakin çox vaxt haradan başlayacaqlarını bilmirlər".

O qeyd edib ki, kiçik bir podratçı və ya inşaatçı üçün, bu, praktikada mürəkkəb səslənməməlidir: "Bu, enerjiyə qənaət edən materiallardan istifadə etmək, tullantıları azaltmaq, səmərəliliyi artırmaq, rəqəmsal alətlərdən istifadə etmək və tədricən daha "yaşıl tikinti" standartlarını tətbiq etmək demək ola bilər. Lakin biz ehtiyatlı olmalıyıq, çünki "yaşıl standartlar" yalnız böyük şirkətlərin büdcəsinin çatacağı növbəti bir maneəyə çevrilməməlidir".

Seçilən
15
far.az

1Mənbələr