AZ

Azərbaycan yeni şəhərsalma standartlarının formalaşmasına öz töhfəsini verəcək

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın ev sahibliyi ilə Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi iştirakçı ölkələr üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan əməkdaşlığa açıq ölkə kimi dünyanın gündəmində olan mühüm məsələlərə həsr edilən çoxsaylı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Qadınlar Assambleyasının açılış sessiyasında deyib.Komitə sədri bildirib ki, Azərbaycan təşkilatçılıq, məzmun və nəticələr baxımından beynəlxalq tədbirlərin keçirilməsində mühüm təcrübə qazanıb: “Bu təcrübənin digər ölkələrlə paylaşılması və müxtəlif dövlətlərin həmin prosesə cəlb edilməsi vacibdir. Azərbaycanın ən mühüm təcrübələrindən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləridir. Azərbaycan müharibədən sonra azad edilmiş əraziləri sıfırdan qurur, müasir standartlar tətbiq edir və yeni şəhərsalma yanaşmaları ortaya qoyur. Bu, həm ölkəmizin inkişafının yeni mərhələsidir, həm də digər dövlətlər üçün mühüm nümunədir”.Onun sözlərinə görə, müasir dövrdə dünyada müharibələr və postmünaqişə problemləri davam edir: “İnsanların rahat şəhər mühiti, mənzil təminatı və xidmətlərə əlçatanlığının təmin olunması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan rəqəmsal transformasiya strategiyalarının hazırlanması da vacibdir”.Bahar Muradova qeyd edib ki, qadınlar və kişilər şəhərsalma prosesində bərabər iştirak etməli, qərarların qəbulunda söz sahibi olmalı və əldə edilən nəticələrdən eyni dərəcədə faydalanmalıdırlar: “Forum şəhərsalma sahəsində yeni standartların formalaşdırılması, təcrübə mübadiləsinin aparılması və Azərbaycanın təcrübəsinin öyrənilməsi üçün geniş imkan yaradır. Burada mühüm mövzular müzakirə olunacaq və vacib qərarlar qəbul ediləcək. Hesab edirəm ki, Azərbaycan bu prosesdə öncül rol oynayacaq və yeni şəhərsalma standartlarının formalaşmasına öz töhfəsini verəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
3
demokrat.az

4Mənbələr