AZ

Ermənistanda həbslər: Karapetyanın adamları saxlanıldı

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Ermənistanda parlament seçkiləri öncəsi rusiyalı oliqarx Samvel Karapetyanın 10 tərəfdarı saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən məlumat verilib.

“Bir neçə ərazidə Baş nazir Nikol Paşinyanın "Mülki Müqavilə" partiyasının seçki kampaniyasını pozmağa cəhd göstərdikləri üçün rusiyalı iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" blokunun 10 tərəfdarı saxlanılıb”, - məlumatda qeyd olunub.

Məlumata görə, mayın 16-da "Güclü Ermənistan" blokunun tərəfdarları avtomobillərlə yolu bağlayaraq "Mülki Müqaviləsi" partiyasının təşviqat kampaniyasına mane oldular. Həmçinin yolda yüksək səslə musiqi səsləndirib və kampaniya iştirakçılarına qarşı zorakılıq tətbiq edərək onların təşviqat fəaliyyətinə mane olublar.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
axar.az

1Mənbələr