AZ

"Qadınlar qərarvermə prosesinə kifayət qədər cəlb olunmurlar"

BAKI, 17 may. TELEQRAF

Gender bərabərsizliyi cəmiyyətin inkişafına mənfi təsir göstərir. Şəhər infrastrukturu inkişaf etdirilməli və yenidən layihələndirilməlidir. Təəssüf ki, kişi və qadınlara qarşı ayrı-seçkilik halları hələ də mövcuddur. Biz bu bərabərsizliyin və fəaliyyətsizliyin qarşısını almaq üçün çalışmalıyıq.

Teleqraf xəbər verir ki, bunu Mavriki Respublikasının 6-cı və ilk qadın prezidenti Ameenah Gurib Fakim BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Qadınların Assambleyasında deyib.

O bildirib ki, qadınlar qərarvermə prosesinə kifayət qədər cəlb olunmurlar:

“Biz gender bərabərliyini daim gündəmdə saxlamalıyıq. Qadın və qızların ehtiyacları hər zaman nəzərə alınmalıdır.

Qadınlar axşam saatlarında ictimai nəqliyyatdan istifadə etməyə qorxurlar. Onlar şəhərlərdə qorxu hissi olmadan yaşamalı və sərbəst hərəkət edə bilməlidirlər.

Əlçatan mənzil gender bərabərliyinə nail olmaq üçün vacibdir. Əgər gender bərabərsizliyi şəhərsalma siyasətində əks olunarsa, bu, mövcud inkişaf proseslərinə mənfi təsir göstərəcək”.

Seçilən
31
teleqraf.com

1Mənbələr