AZ

Qvardiola "Mançester Siti"dən ayrılır

style='margin-bottom:10px;'>

“Mançester Siti”də baş məşqçi Xosep Qvardiolanın mövsümün sonunda komandadan ayrılacağına əmindirlər.

QOL.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, ispaniyalı mütəxəssis 2027-ci ilin yayına qədər müqaviləsi olmasına baxmayaraq, bir neçə həftə əvvəl klubdan ayrılmaq qərarı verib. “Şəhərlilər” düşərgəsində rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”ni çalışdırır.

Komanda onun rəhbərliyi altında cari mövsümdə İngiltərə Liqa kuboku və İngiltərə kubokunu qazanıb. Premyer Liqada isə 36 turdan sonra 77 xalla ikinci pillədə qərarlaşıb. “Mançester Siti” sona iki tur qalmış  lider “Arsenal”dan 2 xal geri qalır. 

Seçilən
14
1
teleqraf.com

2Mənbələr