AZ

2 il sonra döyüşə çıxdı, möhtəşəm nokautla qalib gəldi

Mayın 16-dan 17-nə keçən gecə keçmiş UFC ağır çəki çempionu Fransis Nqannu (19-3) Los-Ancelesdə keçirilən MVP MMA turniri çərçivəsində Filipe Linsi (18-6) məğlub edib.

Publika.az xəbər verir ki, kamerunlu açıq-aydın favorit hesab olunurdu və bunu sübut etdi. O, ilk raundun sonunda qalib gəldi.

Braziliyalı lap əvvəldən açıq-aydın müdafiə taktiası seçdi. Fransiskin aqressivliyini birtəhər boğmaq üçün rəqibinə yapışmağa çalışırdı. Nqannu çox sadə oynadı, kobud gücə güvəndi.

Tədricən Filipp daha cəsarətli oldu və hətta bir neçə yumruq da vurdu. Lakin raundun sonunda kamerunlu sol əlini açdı və hər şey bitdi – Lins yıxıldı və təkrar zərbəyə ehtiyac qalmadı.

Seçilən
28
publika.az

1Mənbələr