Bu arada türkiyəli həmkarlarımız Yalçını əvəzləməyə əsas namizəd olduğu bildirilən Şenol Günəşlə söhbətləşiblər. Ötən ilin martında ''Trabzonspor''dan ayrıldıqdan bu yana işsiz olan ünlü mütəxəssis ''Beşiktaş''da iki fərqli dönəmdə çalışıb və birinci dönəmində (2015-19) böyük uğurlar qazanaraq komandanı iki dəfə çempion edib.
''Beşiktaş''lı jurnalist Əli Eceyə açıqlamalar verən 74 yaşlı məşqçi bunları deyib:
''Mühüm olan bu vəzifəyə gəlmək deyil. Mühüm olan bu vəzifəyə gəlmək üçün layiq görülən sevgini itirməməkdi. Məni bu vəzifəyə layiq bilən bütün ''Beşiktaş''lılara təşəkkür edirəm. Qərarı rəhbərlik və hörmətli başqan verir. Sərgən Yalçın hazırda işinin başındadı. Onun açıqlamalarından belə hiss olunur ki, işinə davam edəcək. Ona görə də mənim indi bu mövzu və bu vəzifəyə gəlmək istəyib-istəmədiyim haqda danışmağım hörmətsizlik olar''.