AZ

Legioneri “Neftçi”dən ayrıldı

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Braziliyalı futbolçu Yuri Matias “Neftçi”dən ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə müdafiəçi özü açıqlama verib. “Uirapuru Jaguaribana FM”ə danışan braziliyalı futbolçu ölkəsinə qayıtdığını bildirib:

“Bəli, mən Portuqaliya, İran, Rumıniya və Azərbaycan karyeramdan sonra Braziliyaya qayıtdım. İndi ailəmlə qısamüddətli məzuniyyətə çıxacağam. Yalnız bundan sonra gələcək haqqında düşünəcəyəm”.

Matias 2023-cü ilin yayından “Neftçi”də forma geyinirdi. O, bu mövsüm Premyer Liqada 28 oyuna çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
futbolpress.az

1Mənbələr