Bakı, 17 may, AZƏRTAC
Mənzil məsələsi qlobal gündəlikdə mühüm yer tutur və yoxsulluğun azaldılmasında əsas rol oynayır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Cənubi Sudanın Torpaq, Mənzil və Şəhərsalma Nazirliyinin rəsmisi Lui Akolit deyib.
O qeyd edib ki, dayanıqlı şəhər inkişafı və mənzil siyasəti insanların həyat şəraitinin yaxşılaşdırılması, eləcə də sosial rifahın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.