AZ

İmtahana gecikənlərin taleyi necə olacaq? - DİM-ə sual

"Bu gün keçirilən bütün imtahanlarda, o cümlədən magistraturaya qəbul imtahanının II cəhd mərhələsində bir sıra iştirakçıların imtahana vaxtında çata bilməməsi ciddi narazılıq yaradıb".

Bu barədə təhsil eksperti Məzahir Məmmədli açıqlama verib. O, deyib:

"Bakıda keçirilən beynəlxalq tədbir- WUF13 səbəbindən yaranan nəqliyyat məhdudiyyətləri əvvəlcədən məlum idi və aidiyyəti qurumlar tərəfindən daha koordinasiyalı planlaşdırma aparmaq olard. Dövlət İmtahan Mərkəzi bu məsələni digər dövlət qurumları ilə birlikdə öncədən nəzərə almalı, xüsusilə magistratura imtahanının tarixinin dəyişdirilməsi variantını dəyərləndirməli idi. Hazırda sosial şəbəkələrdə ən çox verilən sual budur: “İmtahana gecikənlərin taleyi necə olacaq?” Belə hallarda əsas məsələ yalnız qayda deyil, həm də vətəndaşın obyektiv şəraitinin nəzərə alınmasıdır. Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə həssas yanaşacaq və ictimaiyyətə aydın mövqe təqdim edəcəklər".

Seçilən
36
aznews.az

1Mənbələr