Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Dafra bölgəsində yerləşən "Baraka" atom elektrik stansiyasında pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində elektrik generatorunda yanğın baş verib.
Musavat.com-un "Al-Jazeera" telekanalına istinadən verdiyi məlumata görə, hadisə regionda ciddi rezonans doğurub.
Əbu-Dabi əmirliyinin Media Ofisindən verilən rəsmi açıqlamada bildirilir ki, yanğın AES-in daxili perimetrindən kənarda qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb və radiasiya təhlükəsizliyi üçün hər hansı bir təhdid mövcud deyil.
Musavat.com.