AZ

Fərhad Hacıyev: Azərbaycan postmünaqişə dövründə 9 şəhəri yenidən qurur

Azərbaycanda dayanıqlı şəhərsalma istiqamətində həyata keçirilən siyasət çərçivəsində gənclərə xüsusi diqqət yetirilir. Xüsusilə Şuşa və Lənkəran kimi regionlarda gənclərin inkişafına yönələn proqramlar geniş şəkildə icra olunur.

Publika.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Uşaq və Gənclər Assambleyasında çıxışı zamanı deyib.

O, belə nüfuzlu platformada gənclərin əsas müzakirələrin mərkəzində yer almasından böyük qürur hissi keçirdiyini diqqətə çatdırıb.

Seçilən
12
8
publika.az

10Mənbələr