ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
İngiltərənin “Liverpul” futbol klubunda uğursuz nəticələr fonunda ciddi daxili narazılıq yarandığı iddia olunur.
İdman.Biz xəbər verir ki, “The Touchline” mersisaydlıların paltardəyişmə otağında gərginliyin kritik həddə çatdığını yazıb. Mənbənin məlumatına görə, bəzi futbolçular baş məşqçi Arne Slotun bu mövsüm gördüyü işdən narazıdırlar.
Komanda üzvlərinin əsas narazılığı nəticələrlə bağlıdır. İddia olunur ki, “Liverpul” futbolçuları klubun bir mövsümdə məğlubiyyət sayına görə antirekordu yeniləməsindən ciddi məyusdur. Slotun komandası bütün turnirlərdə 20 dəfə uduzub. Daha əvvəl Rafael Benitesin dövründə komanda 19 məğlubiyyət almışdı.
Mənbə qeyd edir ki, heyətin bir hissəsi rəhbərliyin baş məşqçi dəyişikliyi ilə bağlı qərarı daha əvvəl verməli olduğunu düşünür. Buna baxmayaraq, Slot komandanın etimadını yenidən qazanacağına və vəziyyəti düzəldə biləcəyinə inanır.
Son olaraq “Liverpul” İngiltərə Premyerliqasında “Aston Villa”ya 2:4 hesabı ilə uduzub. Bu nəticədən sonra komanda turnir cədvəlində beşinci pilləyə düşüb və növbəti mövsüm Çempionlar Liqasına vəsiqə şansını riskə atıb. Slot isə məğlubiyyətdən sonra təzyiq hiss etmədiyini, əsas diqqətin növbəti oyuna yönəldiyini bildirib.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.