AZ

UNESCO rəsmisi: Qadınlar üçün mənzil ictimai həyatda tam iştirak imkanı deməkdir

Qadınlar üçün mənzil təhlükəsizlik, iqtisadi müstəqillik və ictimai həyatda tam iştirak imkanı deməkdir.

"Report" xəbər verir ki, UNESCO-nun gender üzrə rəhbəri, Madrid Texniki Universitetinin professoru İnes Sançez De Madariaga Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Qadınlar Assambleyasında deyib.

O qeyd edib ki, təhlükəsiz mənzil olmadıqda, qadınlar yoxsulluğa, zorakılığa məruz qalırlar:

"Buna görə mənzil sadəcə fiziki sığınacaq yeri deyil. Əlçatan mənzil problemi, xüsusilə, qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan qadınlar üçün aktual olaraq qalır. Qadınlar şəhərlərin və ictimai həyatın əsas iştirakçılarıdır. Əsas da, gənc və həssas qruplardan olan qadınların dəstəklənməsi vacibdir. Qadınlar şəhərsalmada aktiv iştirak etməlidirlər. Biz həmçinin yerli qadın təşkilatlarına daha güclü dəstək, gender məsələsinə həssas büdcələşdirmənin təminatına çağırırıq".

Seçilən
72
far.az

1Mənbələr