Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırılıb
Ajans.az xəbər verir ki, mərasimdə WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər. Bayraqların qaldırma mərasimi sessiyanın rəsmi başlanğıcını simvolizə edir və tədbirin yüksək beynəlxalq əhəmiyyətini bir daha göstərir. 