AZ

UN Habitat: Ötən il 260 mindən çox insanın su və sanitariya xidmətlərinə çıxışı yaxşılaşdırılıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 may, AZƏRTAC

2025-ci ildə dəstəklənən 42 tərəfdaşlıq layihəsi nəticəsində 260 mindən çox insanın su və sanitariya xidmətlərinə çıxışı yaxşılaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansının Assambleyasında (GWOPA) çıxışı zamanı səsləndirib.

O, həmçinin Almaniyanın Bonn şəhərində keçirilən VI Qlobal Su Konqresinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformaya çevrildiyini bildirib.

Anaklaudia Rossbax vurğulayıb ki, ilk dəfə olaraq kommunal xidmət operatorları və xidmət təminatçıları Ümumdünya Şəhərsalma Forumu prosesində ayrıca maraqlı tərəf qrupu kimi tanınıb: “Bu, su və sanitariya sektorunun dayanıqlı şəhərlərin inkişafındakı rolunun beynəlxalq səviyyədə daha geniş qəbul olunduğunu göstərir”.

Müxbir-Vüqar Qurbanoğlu

Tərcümə-Əyyub Ələsgərov

Fotoqraf-Nicat Haşımov

Operator-Şövqi Əzizov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
3
azertag.az

4Mənbələr