AZ

BƏƏ: Nüvə elektrik stansiyası yaxınlığına PUA hücumu edilib

BƏƏ: Nüvə elektrik stansiyası yaxınlığına PUA hücumu edilib

Birləşmiş Ərəb Əmirlikləri "Barakah" Nüvə Elektrik Stansiyası yaxınlığına edilən PUA hücumu nəticəsində yanğın çıxdığını elan edib.

AFN.az xəbər verir ki, rəsmi qurumların yaydığı məlumatda hücumun pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirildiyi və hadisə yerinə dərhal yanğınsöndürmə briqadalarının cəlb olunduğu bildirilib.

Hadisə ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, nüvə obyektinin fəaliyyətində hər hansı bir fasilənin və ya radiasiya sızması təhlükəsinin yaranmadığı qeyd olunub.

Hadisənin təfərrüatları və hücumun kim tərəfindən törədildiyi barədə araşdırmalar davam edir.

Seçilən
14
afn.az

1Mənbələr