Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri göyərtəsində raket qurğusu daşıyan yerli kamikadze dronunun tətbiqinə dair videoçarx yayımlayıb.
Musavat.com xəbər verir ki, yayılan kadrlarda "FP-2" tipli kamikadze dronunun Rusiya ordusunun Krımdakı rabitə qovşağı istiqamətində obyekti idarəolunmayan raketlərlə atəşə tutduğu əks olunub.
Videogörüntülərdə raketlərin hədəfə dəyməsi və ardınca baş verən güclü partlayışlar aydın şəkildə görünür.
Bundan əlavə, Ukrayna tərəfi Dağıstanın Kaspiysk limanı yaxınlığında Rusiya Hərbi Dəniz Donanmasına məxsus "Svetlyak" tipli patrul gəmisinə də uğurlu hücum təşkil edildiyini bəyan edib.
Musavat.com