2025-ci ildə dəstəklənən 42 tərəfdaşlıq layihəsi nəticəsində 260 mindən çox insanın su və sanitariya xidmətlərinə çıxışı yaxşılaşdırılıb.
Publika.az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansının Assambleyasında (GWOPA) çıxışı zamanı səsləndirib.
O, həmçinin Almaniyanın Bonn şəhərində keçirilən VI Qlobal Su Konqresinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformaya çevrildiyini bildirib.