Bakı, 17 may, AZƏRTAC
Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının ilk günü müxtəlif tədbirlərlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, sessiyanın ilk saatlarından Media Mərkəzində (“Media Center”) qızğın iş gedir.
Mərkəz jurnalistlərin rahat işləməsi üçün hazırlanıb. Burada mətbuat nümayəndələri sürətli internetlə təmin edilir. Media Mərkəzində iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur. Ərazidə istirahət zonası da yaradılıb.
Burada yerli və xarici media nümayəndələri xəbərləri operativ şəkildə özlərinin əsas ofislərinə ötürürlər.