Son günlər “İnstagram” istifadəçiləri profillərində kütləvi izləyici azalması ilə qarşılaşıb. Xüsusilə blogerlər, müğənnilər və aktyorların səhifələrində minlərlə izləyicinin bir gecədə silinməsi sosial şəbəkədə geniş rezonans doğurub. Hadisə bəziləri tərəfindən texniki problem, bəziləri tərəfindən isə platformanın sərt nəzarət siyasəti kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Bakı Mühəndislik Universitetinin müəllimi, informasiya texnologiyaları üzrə ekspert Vahid Qasımov “Yeni Sabah”a açıqlama verib.
Onun sözlərinə görə, bu vəziyyət gözlənilməz texniki nasazlıqdan çox, platformaların mütəmadi həyata keçirdiyi “təmizləmə” siyasətinin nəticəsidir: Dördpendirli pizza
“Yalnız “İnstagram” yox, bir çox sosial şəbəkə mütəmadi olaraq “təmizlik” tədbirləri aparır. Bu proses zamanı həm saxta, həm də uzun müddət aktiv olmayan hesablar silinə bilər. Xüsusilə pul qarşılığında alınan saxta izləyicilər və bəyənmələr də növbəti mərhələdə sistemdən təmizlənir. Burada qeyri-adi və ya problemli bir vəziyyət yoxdur. Əslində bu, ədalətli bir mexanizmdir”, – deyə Vahid Qasımov bildirib.
Ekspert əlavə edib ki, platformalar şübhəli fəaliyyət göstərən və ya spam kimi müəyyən edilən profilləri avtomatik alqoritmlərlə aşkarlayaraq dövri şəkildə sistemdən çıxarır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız