AZ

Azərbaycan 35-ci Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur

Azərbaycan Qətərdə 35-ci Doha Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın milli stendində ölkənin tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafını əks etdirən 200-ə yaxın nəşr nümayiş etdirilir.

Sərgi mayın 23-dək davam edəcək.

Qeyd edək ki, 35-ci Doha Beynəlxalq Kitab Sərgisində 40 ölkədən 500-ə yaxın nəşriyyat təmsil olunur.

Seçilən
22
1
far.az

2Mənbələr