ain.az, futbolpress-az portalına istinadən məlumat verir.
Cari mövsüm rəqiblərini Qubada qəbul edən “İmişli” yeni sezonda ev oyunlarını bu arenada keçirməyə bilər.
Bu barədə klubun prezidenti Kamran Eyyubov “Futbolpress.az“a müsahibəsində bildirdi. O, yeni mövsümlə bağlı hələ qərar vermədiklərini qeyd etdi. Funksioner İmişlidə yeni stadion inşa edəcəklərini və buna qədər başqa arenada oynayacaqlarını əlavə etdi:
“Növbəti il Qubada oynamaq ehtimalımız çox aşağıdır. Daha çox Ağsu, Yevlax və Qəbələ variantına baxırıq. Meydanımız hazır olanadək buralardan birində çıxış edəcəyik. İşlər qaydasında getsə, elə də uzun vaxt aparmayacaq. Yeni stadionda tribunaların, paltardəyişmə otaqlarının hazırlanmasına iki ay vaxt lazımdır. İmişli isti rayondur, sentyabrda əkini edə bilsək, meydança da hazır olar və mövsümün ikinci hissəsini yeni arenamızda keçirə bilərik”.
“İmişli” Premyer Liqada 32 turdan sonra 33 xalla 9-cu sırada qərarlaşıb.
Kamran Eyyubovla müsahibə sabah yayımlanacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.