AZ

Dünya hazırda həlledici dönəmdən keçdiyindən WUF13 böyük önəm kəsb edir - Mexikonun mənzil tikinti naziri

Hazırkı Ümumdünya Şəhərsalma Forumu çox böyük önəm kəsb edir belə ki, dünya hazırda müharibə və bərabərsizlik şəraitinə sosial və siyasi cavabların zəruriliyi ilə səciyyələnən həlledici bir dönəmi yaşayır.

Bunu Mexiko şəhərinin mənzil tikinti naziri İnti Munyos Santini Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Trend-ə açıqlamasında deyib.

"Hazırkı Ümumdünya Şəhərsalma Forumu çox vacibdir, çünki dünya müharibə və bərabərsizlik şəraitinə sosial cavabların, sosial həllərin və siyasi yanaşmaların zəruri olduğu həlledici bir dönəmi yaşamaqdadır. Burada toplaşan şəhər hökumətləri də böyük iş görməlidirlər, çünki məhz şəhərlər bəşəriyyətin yaşadığı, bir araya gəldiyi və kollektiv düşüncə formalaşdırdığı ən mühüm məkanlardır", - deyə o bildirib.

Munyos Santini qeyd edib ki, şəhərlər bərabərlik, hüquqlar və xalqın səsinə əsaslanan yeni paradiqmalar yarada bilər.

"Məhz bu idarəetmə modelini biz hər gün Mexikoda qururuq. Hesab edirik ki, indi demokratik və daha güclü qanunların zəruriliyi üzərində düşünmək zamanıdır. Biz qəti şəkildə əminik ki, demokratiya, azadlıqlar və hüquqlar daha yaxşı dünyanın qurulmasının ən doğru yoludur", - deyə o əlavə edib.

Seçilən
24
day.az

1Mənbələr