AZ

Bülbülün Memorial Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 may, AZƏRTAC

18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Bülbülün Memorial Muzeyində Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının birgə təşkilatçılığı ilə konsert proqramı təşkil olunub.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Bildirilib ki, tədbirdə muzeyin direktoru Fərqanə Cabbarova Beynəlxalq Muzeylər Gününün tarixi haqqında iştirakçılara məlumat verib. O, muzeylərin milli-mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi və gənclərin maarifləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova muzey əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər arzulayıb.

Konsert proqramında gimnaziyasının şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
azertag.az

1Mənbələr