
İtaliyanın Modena şəhərində bir avtomobilin səkidəki piyadaların arasına girməsi nəticəsində 4-ü ağır olmaqla 8 nəfər yaralanıb.
AFN.az xəbər verir ki, İtaliyanın şimalında yerləşən Modena şəhərində dünən 31 yaşlı bir şəxs idarə etdiyi avtomobillə şəhər mərkəzindəki səkiyə çıxaraq piyadaları vurub.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, piyadalara çırpıldıqdan sonra bir mağazanın vitrininə dəyərək dayana bilən nəqliyyat vasitəsinin sürücüsü 8 nəfərin xəsarət almasına səbəb olub.
Modena bələdiyyə sədri Massimo Mezzetti yerli mətbuata açıqlamasında hadisənin təfərrüatlarını paylaşarkən, şahidlər sürücünün avtomobildən düşdükdən sonra onu saxlamağa çalışan bir piyadanı bıçaqladığını bildiriblər.
Hadisədən sonra saxlanılan 31 yaşlı sürücünün polis idarəsində dindirildiyi qeyd edilib.
İtaliyanın Baş naziri Corcia Meloni sosial media hesabından etdiyi paylaşımda hadisəni "son dərəcə ciddi" adlandırıb və yerli rəsmilərlə təmasda olduğunu vurğulayıb.
Bölgəyə polis, milli jandarma və maliyyə polisi bölmələri də daxil olmaqla təcili yardım qrupları cəlb edilib, hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladılıb.