Gürcüstanın Marneuli bələdiyyəsinin Algeti kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com yerli mediaya istinadən xəbər verir ki, qəza bu gün saat 15:30 radələrində qeydə alınıb.
Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Marneulidə yerləşən klinikalardan birinə çatdırılıb.
Yaralananlardan birinin 70 yaşı olduğu, digər iki şəxsin isə 50 yaşdan aşağı olduğu bildirilir.
Yaralılardan birinin hər iki ayağının sındığı, digərinin üz və boyun nahiyəsindən ciddi xəsarətlər aldığı qeyd olunur. Üçüncü şəxsin isə qol və bədən nahiyəsində ağır travmaların olduğu açıqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Şahanə Rəhimli
Musavat.com