Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 17 may, AZƏRTAC
Hesab edirəm ki, WUF13 ilham mənbəyi tapmaq üçün çox yaxşı bir məkandır. Eyni zamanda, problemlərin ölkədən-ölkəyə necə fərqləndiyini görmək üçün də əlverişlidir. Çünki bəzi ölkələrdə gecəqondular, qanunsuz tikililər və qeyri-qanuni yaşayış sahələri ilə bağlı problemlər mövcuddur.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Çex Respublikasının regional inkişaf nazirinin müavini Filip Endal deyib.
O qeyd edib ki, bir qrup ölkədə problem demoqrafik xarakter daşıyır, çünki cəmiyyət getdikcə qocalır və yaşlı əhalinin sayı artır. Bu səbəbdən forum müxtəlif regionlar və mənzil yanaşmaları arasında balans tapmaq üçün ideal platformadır.
“WUF13-ü Bakıda təşkil etdiklərinə görə Azərbaycan Hökumətinə və BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) təşəkkür etmək istəyirəm. Bakı ecazkar və müasir bir şəhərdir. Şəhərin quruluşu, inkişafı insana ilham verir. Bu, bizim ölkəmiz kimi əvvəllər sosialist rejmində olan, lakin sonradan uğur qazanan, yaxşı urbanizasiya və mənzil həllərinə sahib olan digər ölkələr üçün də yaxşı örnəkdir”, - deyə nazir müavini bildirib.
Operator: Vüsal Taqiyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.