AZ

​Dünya çempionatının finalında Madonna və Şakira oxuyacaq

Dünya Çempionatı-2026-nın başlanmasına bir aydan da az vaxt qalıb. Metbuat.az xəbər verir ki, futbol tarixində ilk dəfə üç ölkədə təşkil olunan turnirə maraq böyükdur. İyunun 11-də start gotürəcək çempionatın ilk oyunu Meksikanın məşhur "Siti" stadionunda Meksika və Cənubi Afrika komandaları arasında keçiriləcək. Turnirə 6 həftəlik mübarizədən sonra iyulun 19-da Nyu Yorkdakı "Nyu Cersi" stadionunda yekun vurulacaq.

Xarici medianın yazdığına görə, final oyununu izləyəcək azarkeşləri inanılmaz sürprizlər gözləyir. Belə ki, onlar ilk hissə başa çatandan sonra dünya şöhrətli müğənnilər Madonna və Şakiranın canlı ifalarını dinləyəcəklər. Həmçinin məşhur BTS qrupu da fasilədə azarkeşlər qarşısında çıxış edəcək.

Seçilən
41
metbuat.az

1Mənbələr