Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Slovakiya Avropa İttifaqında su idarəçiliyi sahəsində böyük təcrübəyə malik ölkələrdən biri kimi tanınır və şəhərlərin yüksək keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edib.
Modern.az xəbər verir ki, bu fikirləri Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri Tomas Taraba Bakıda keçirilən WUF13 çərçivəsində media nümayəndələrinə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, Slovakiya hazırda su qıtlığı problemi ilə üzləşmir və ölkə bu sahədə topladığı təcrübəni digər dövlətlərlə bölüşməyə hazırdır. Onun sözlərinə görə, əsas məqsəd icmaları dəstəkləmək, su idarəçiliyi sahəsində bilik mübadiləsini gücləndirmək və resursların səmərəli istifadəsinə töhfə verməkdir.
T.Taraba bildirib ki, Slovakiya üçün prioritet istiqamətlərdən biri də su siyasətinin beynəlxalq münasibətlərin mühüm hissəsinə çevrilməsidir.
“Azərbaycanla Slovakiya arasında münasibətlərin yüksək səviyyədədir. İqlim dəyişiklikləri ilə mübarizə onların ölkəsi üçün əsas prioritetlərdəndir və bu sahədə nəticə əldə etmək yalnız beynəlxalq əməkdaşlıq sayəsində mümkündür.
Bu problemlərin həlli üçün ayrı-ayrı ölkələrin təkbaşına addımları kifayət deyil. Urbanizasiya prosesi hazırda yeni standartların ciddi təsiri altındadır. Avropa İttifaqında ekoloji standartlar davamlı şəkildə sərtləşdirilir. Lakin Slovakiya hesab edir ki, bütün həll yolları praktik baxımdan faydalı olmaya bilər. Bəzən yalnız iqlim siyasətinə fokuslanmaq sosial problemləri və yoxsulluğu daha da dərinləşdirə bilir. Buna görə düzgün balansın qorunması vacibdir”, - deyə o əlavə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.